Dünyada mina qurbanlarının sayı son beş ilin ən yüksək həddinə çatdı
25 Noyabr 2026
2025-ci ildə piyada əleyhinə minalar və partlamamış sursatlar nəticəsində ölən və yaralanan insanların sayı 2020-ci ildən bəri ən yüksək həddə çatıb.
Bu barədə Piyada Əleyhinə Minaların Qadağan Edilməsi üzrə Beynəlxalq Kampaniyanın (ICBL) dərc etdiyi "Landmine Monitor 2026" adlı illik hesabatda bildirilib.
Hesabata əsasən, 2025-ci ildə minalar və digər partlayıcı sursatlarla təmas nəticəsində azı 6 929 nəfər ölüb və ya yaralanıb. Bu göstərici əvvəlki illə müqayisədə 10% artıb. Onlardan təxminən 2 mini həyatını itirib.
Ölən və yaralananların əksəriyyətini (84%-ni) mülki şəxslər təşkil edib. Yaşı məlum olan qurbanların isə təxminən yarısı uşaqlardır.
2025-ci ildə mina partlayışları nəticəsində ölüm və yaralanma halları 54 ölkə və ərazidə qeydə alınıb. Ən çox qurban Myanmada (1 891 nəfər) qeydə alınıb. İkinci yerdə isə 1 602 nəfərlə Suriya qərarlaşıb.