Xameneinin müşaviri: "Hücum strategiyasına keçəcəyik"
14 Avqust 2026
İranın Ali Rəhbəri Müctəba Xameneinin müşaviri Məhəmməd Moxber bildirib ki, İranın şərtləri yerinə yetirilməyəcəyi təqdirdə, ali rəhbərliyin qəti strategiyası müharibənin hücum xarakteri almasıdır və bu strategiya dünyadakı güc balansını dəyişdirəcək.
Bu barədə "Azad İran" "Telegram" kanalı xəbər verir.
Moxber həmçinin iddia edib ki, ABŞ Fars körfəzindəki müttəfiqlərini qorumaqda aciz qalıb.
O, Vaşinqtonun hərbi zəmanətindən asılı olmayan "Hörmüz iqtisadi-təhlükəsizlik mexanizmi"nin həyata keçirilməsini regionda yeni quruluşun bərqərar olması üçün ən dayanıqlı yol hesab edib.