Xamenei ABŞ və İsrailə qarşı mübarizədə elmin rolundan danışıb
23 Sentyabr 2026
İndi hegemon sistemin, xüsusən də ABŞ və İsrailin aktiv hərbi fəaliyyətinin davam etdiyi bir dövrdə, elmdən irəli gələn güc onların hücumlarının qarşısını ala bilər.
IRIB xəbər verir ki, bu barədə İranda yeni tədris ili ilə əlaqədar ölkənin ali rəhbəri Müctəba Xameneinin müraciətində qeyd olunub.
"İndi siz (şagirdlər və tələbələr) o sinif otaqlarında iştirak edirsiniz ki, sizdən bir az əvvəl onun sevimli partalarında əyləşən nəsillər hazırda vətənin müdafiəsinin müxtəlif cəbhələrində İran üçün iqtidar yaradırlar və məhz onlar sizin üçün nümunə və yol göstərən çıraq olacaqlar; necə ki, onlardan əvvəl həmin siniflərdə fədakarlıq nümunəsi sayılan şəxslər var idi", - Xamenei bildirib.