Xaməne İrandakı olaylara görə Trampın məsuliyyət daşıdığını bildirib
17 Yanvar 2026
ABŞ Prezidenti Donald Tramp İranda etiraz aksiyalarının iğtişaşlara çevrildiyi zaman baş verənlərə görə məsuliyyət daşıyır.
“Press TV” xəbər verir ki, bunu İranın ali lideri ayətullah Əli Xamenei bildirib.
"Donald Tramp qurbanlar, zərər, İran xalqına qarşı yalan ittihamlara görə məsuliyyət daşıyır", - o qeyd edib.