“Windows” bəzi kompüterləri qəfil bloklayacaq
14 İyun 2022
"Window"s-un daxili mühafizə sistemləri virusa yoluxmuş təhlükəli kompüterləri təcrid edəcək.
Bunu İT shəsində ixtisaslaşmış "BleepingComputer" nəşri yazır.
Mütəxəssislərin diqqətini "Windows"da quraşdırılmış antivirus"Microsoft Defender"-in yeni funksiyası cəlb edib. Məlum olub ki,təhlükəsizlik sistemi şəbəkəyə qoşulmuş konkret kompüterin virusa yoluxması üzə çıxarsa onu təcrid edə bilər.
Qeyd olunur ki, şəbəkədə müdaxilə edənlərin və ya yoluxmuşcihazların izləri aşkar edilərsə, sistem administratorları konkretavadanlığı göstərə bilərlər - bu halda yoluxmuş fərdi kompüter karantinə alınır.
Beləliklə, "Microsoft Defender" problemi lokallaşdırmağa vəşəbəkədəki digər qurğuları zərərli proqramların yüklənməsindən qorumağa kömək edəcək.