Logo
news content
User
Kateqoriyalar

Xəbər

Vens: İsraildə İranla münaqişənin uzanmasını istəyən qüvvələr var

ABŞ-ın vitse-prezidenti Cey Di Vens İsraildə İranla münaqişənin uzadılmasında maraqlı olan qüvvələrin mövcud olduğunu bəyan edib.

O, bu barədə amerikalı teleaparıcı Co Roqanın proqramında çıxışı zamanı bildirib.

"İsrail hökumətinin Amerika siyasətinə nə dərəcədə təsir göstərməsi barədə çoxlu müzakirələr gedir. Şübhəsiz ki, İsrail hökumətində İranla razılaşmanı bəyənməyən insanlar var. Bununla bağlı birbaşa sübutlarımız mövcuddur", - deyə Vens bildirib.

Onun sözlərinə görə, İsrailin dövlət sistemində ABŞ ictimai rəyinə təsir göstərən və onu "müharibənin sonsuz şəkildə davam etməsinə yönəltməyə çalışan" şəxslər var.

"Bir daha qeyd edirəm ki, söhbət hər hansı konkret məqsəddən getmir, sadəcə olaraq müharibənin sonsuzadək davam etməsindən gedir",- deyə ABŞ vitse-prezidenti əlavə edib.