Logo
news content
User
Kateqoriyalar

Xəbər

“Ukraynadakı müharibə azı yarım il də davam edəcək”

Ukraynadakı müharibənin yaxın altı ayda bitməsi ehtimalı azdır, ona görə də belə bir vaxt çərçivəsini nəzərə alsaq, döyüşləri artıq uzanan münaqişə adlandırmaq olar.

Bu barədə Ukrayna Prezident Ofisinin müşaviri Oleksiy Arestoviç “Feygin Live” verilişinin yayımında bildirib.

Prezident Ofisinin rəsmisi uzanan münaqişənin məhz Ukrayna üçün təhlükəli sayılmasını izah edib:

“Heç kim uzanan münaqişəni sevmir və bu, hamı üçün təhlükəlidir. Hələ Sun Dzı da deyib ki, müharibə sürəti sevir, süründürməçiliyi sevmir. Uzanan münaqişə nədir? Bu, bir il yarım-iki il və ya bir ildən çoxdur. Başa düşürük ki, 2 aydan sonra müharibə qətiyyən bitəsi deyil. Hətta bu iki aydan sonra onun daha 6 ay bitməyəcəyinə dair fikirlərim var. İl yarım - bu, prinsipcə uzanan münaqişə kimi təsnifatlandırıla bilər”.