Fransa DİN rəhbəri: Paris yaxınlığında baş verən atışma terror aktıdır
24 Oktyabr 2026
Fransa daxili işlər naziri Loran Nunyes Paris yaxınlığındakı İvelin departamentində baş verən atışma insidentini terror aktı adlandırıb.
Bu barədə Fransa mediası xəbər verir.
Onun sözlərinə görə, atışma nəticəsində 1 nəfər ölüb, 5 nəfər yaralanıb. Onlardan 3-nün vəziyyəti ağırdır.
Nunyes həmçinin qeyd edib ki, atəş açanın motivləri hələ bilinmir, lakin onlar irqçi xarakter daşıya bilər.
Medianın məlumatına görə, yaralılar arasında 12 yaşlı qız da var.
39 yaşlı saxlanılan şəxsin mənzilində axtarış zamanı çoxlu sayda qaz balonları aşkar edilib.
23 oktyabr
14:08
Parisdən qərbdə yerləşən İvelin departamentinin Trapp şəhərində bir kişi avtomobildən yoldan keçənlərə atəş açıb.
Bu barədə Fransa mediası məlumat yayıb.
Hadisə nəticəsində 1 nəfər ölüb, 4 nəfər ciddi xəsarətlər alıb.
Qurbanların sayının artacağı gözlənilir.
Polis atəş açan şəxsi Kuanyer kommunasında (Rambuye dairəsi) həbs edib.