Robert Koçaryanın həbs müddəti daha 2 ay uzadılıb
24 Oktyabr 2026
Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi keçmiş prezidenti Robert Koçaryanın həbs müddəti 2 ay uzadıb.
Ermənistan mediası xəbər verir ki, qərar saatlarla davam edən iclasdan sonra elan olunub.
Keçmiş prezidentin vəkili müdafiə tərəfinin qərardan şikayət etmək niyyətində olduğunu bildirib.
Robert Koçaryan avqustun 25-də saxlanılıb. Ona qanunsuz əmlak əldə etmə işi üzrə ittihamlar irəli sürülüb.