Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ukrayna Xerson və Donetskin bəzi ərazilərini azad edib

Ukrayna ordusu əks-hücum zamanı Xerson vilayətində bir neçə icmanı azad edib.

Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski ölkə əhalisinə müraciəti zamanı xəbər verib.

"Cənubda Rusiya ordusunun onlarla hücum cəhdinin qarşısı artıq alınıb. Əks-hücum sayəsində Xerson vilayətində icmaların bir hissəsi artıq azad edilib", - o deyib.

Dövlət başçısının sözlərinə görə, Donbasdakı hərbi əməliyyatlar Avropanın ən amansız döyüşlərindən biri kimi tarixə düşəcək. O, Ukrayna ordusu və kəşfiyyatının taktiki cəhətdən Rusiya hərbçilərini üstələdiyini qeyd edib.

Xatırladaq ki, daha əvvəl Ukrayna hərbçilərinin Donbasda üç kəndi azad etdiyi bildirilib, lakin kəndlərin adları hələ açıqlanmır. Bu əməliyyat nəticəsində Rusiya qoşunları 15 kilometr geri oturdulub.

Xerson vilayətinin Rusiya qoşunlarından azad edilməsinin mərhələli şəkildə aparılacağı da bildirilir. Bəzi məlumatlara görə, Ukrayna ordusu artıq Xerson şəhərinin 10 kilometrliyindədir.