Ukrayna Rusiyanın "kölgə donanması"nın daha 13 gəmisini vurub
18 İyul 2026
Ukrayna Qara və Azov dənizlərində Rusiyanın "kölgə donanması"nın daha 13 gəmisini vurduğunu bəyan edib.
Bu barədə “RBK-Ukrayna” xəbər verir.
Məlumata görə, 8 yük gəmisi, 1 tanker, 1 qaz daşıyan tanker, 1 yedək gəmisi və 2 kran zərbəyə məruz qalıb.
Həmçinin qeyd edilir ki, "MoLoÇKa" əməliyyatının 13 sutkası ərzində Ukrayna pilotsuz uçuş aparatları ümumilikdə 172 Rusiya gəmisinə hücum edib, onlardan 118-i Azov dənizində, 54-ü isə Qara dənizdə olub.