Ukrayna Rusiyanın 240 enerji qovşağına zərbə endirib
14 Avqust 2026
Ukraynanın Pilotsuz Sistemlər Qüvvələri iyulun 1-dən avqustun 13-dək Rusiyanın ələ keçirdiyi ərazilərin cənubunda 240 enerji qovşağına zərbə endirdiyini açıqlayıb.
Bu barədə Pilotsuz Sistemlər Qüvvələrinin komandanı Robert Brovdi “Telegram” kanalında məlumat yayıb.
Bildirilib ki, əməliyyat çərçivəsində avqustun 1-dən 13-dək 29 enerji qovşağı əlavə olaraq hədəfə alınıb.
Brovdinin sözlərinə görə, əməliyyatın əsas məqsədlərindən biri Rusiya ordusunun stasionar radarlarını və hava hücumundan müdafiə sisteminin digər elementlərini enerjisizləşdirməkdir. Bu, Rusiyanın hava məkanının müdafiə sistemini zəiflədir və Ukrayna qüvvələrinin yeni zərbələr endirməsi üçün imkan yaradır.