Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ukrayna Rusiya ordusunu Kupyansk şəhərindən vurub çıxarmağa hazırlaşır

Rusiya ordusundan Xarkov vilayətinin Kupyansk şəhərinin son təmizlənməsi tarixləri artıq müəyyən edilib.

Bunu Ukrayna Prezidenti Volodimir Zelenski noyabrın 3-də kabinetində bir qrup jurnalistlə görüşündə bildirib.

"Kupyanskda 60-a qədər rus hərbçisi qalır. Təmizləmə əməliyyatı davam edir. Hər şeyi təmizləyəcəyik. Əslində, tarixlər müəyyən edilib. Onlar Qərargahda müzakirə olunub. Hələlik detallarını paylaşmayacağıq", - deyən Ukrayna Prezidenti Kupyanskda vəziyyət barədə başqa məlumat verməyib.