"CNN Brasil": Bolsonaru ailəsi ilə birlikdə ABŞ-yə qaçıb
28 Oktyabr 2026
Braziliyada prezident seçkilərində məğlub olan senator Flaviu Bolsonaro ölkəni tərk etməsinə dair məhkəmə qadağasına baxmayaraq, ABŞ-a gedib.
“CNN Brasil” telekanalının məlumatına görə, bu barədə siyasətçinin yaxın ətrafındakı mənbələr məlumat veriblər.
Bildirilib ki, Braziliyanın sabiq Prezidenti Jair Bolsonaronun oğlu Flaviu Bolsonaro ailə üzvləri ilə birlikdə ABŞ-a yollanıb.
Məlumata əsasən, onun ölkəni tərk etməsi məhkəmə orqanlarının tətbiq etdiyi xaricə çıxış qadağasına ziddir.