Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ukrayna Rusiya hava məkanını bağlamağa başladığını elan edib

Ukrayna Rusiya ərazisi üzərində hava məkanını faktiki olaraq bağlamağa başlamasının anonsunu verib.

“UNIAN“ bu barədə Ukrayna Prezidentinin Ofisinin rəhbəri Kirill Budanova istinadən məlumat yayıb.

Budanovla əlaqələndirilən "Ukraine Context" Telegram kanalına onun adından edilən paylaşımda prosesə bir qədər gec başlanıldığı qeyd edilib.

Xatırladaq ki, Ukrayna Prezidenti Volodimir Zelenski sentyabrın 1-də Rusiya hava məkanından istifadə edən beynəlxalq aviaşirkətlərə və sığorta şirkətlərinə xəbərdarlıq edib. O bildirib ki, Rusiya üzərində pilotsuz uçuş aparatlarının fəaliyyətini nəzərə alaraq, həmin hava məkanı mülki aviasiya üçün təhlükəli vəziyyətə gəlir. Zelenski Rusiyanın hava məkanının faktiki olaraq bağlanacağını bildirərək, beynəlxalq aviaşirkətləri və sığortaçıları riskləri nəzərə almağa çağırıb.