Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiyanın dizel yanacağına tətbiq edilən sanksiyalar 2027-ci il aprelin 7-dək aradan qaldırılıb

ABŞ Maliyyə Nazirliyi Rusiya dizel yanacağının dünya bazarına tədarükünə tətbiq olunan sanksiyaları müvəqqəti olaraq aradan qaldırır.

Nazirliyin “X” sosial şəbəkəsində yaydığı açıqlamaya görə, müvafiq qərar 2027-ci il aprelin 7-dək qüvvədə olacaq.

“Bu gün Prezident Donald Trampın göstərişi ilə ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) Rusiya dizel yanacağının dünya bazarına tədarükünə icazə verən müvəqqəti ümumi lisenziyanı dərhal təqdim edir”, – açıqlamada qeyd olunub.