Logo
news content
User
Kateqoriyalar

Xəbər

Kreml Putinin Trampla söhbətindən sonra bəyanat yayıb

Rusiyanın dünya bazarlarına neft və neft məhsulları tədarük etməsi qlobal iqtisadiyyata müsbət təsir göstərəcək.

Bu barədə Rusiya Prezidenti Vladimir Putinin ABŞ Prezidenti Donald Trampla danışıqlarından sonra Kremlin saytında dərc olunan bəyanatında bildirilib.

“Qlobal energetika sahəsindəki vəziyyəti müzakirə edərkən Rusiya tərəfi ABŞ və dünya bazarlarına neft və neft məhsulları tədarük etməyə hazır olduğunu təsdiqləyib. Əminəm ki, bu, bütün qlobal iqtisadiyyata müsbət təsir göstərəcək”, – Putin qeyd edib.

Rusiya Prezidentinin sözlərinə görə, Trampla telefon danışığı zamanı Ukrayna münaqişəsinin həlli perspektivlərinə, İran ətrafındakı vəziyyətə və ikitərəfli münasibətlərin müxtəlif aspektlərinə də ciddi diqqət yetirilib.

“İki ölkə prezidenti arasında şəxsi təmasların davam etdirilməsi, eləcə də prezident administrasiyaları, kəşfiyyat xidmətləri və digər qurumlar arasında əməkdaşlığın davam etdirilməsi barədə razılıq təsdiqlənib”, – Putin əlavə edib.