UEFA Konfrans Liqası: "Qarabağ" Kiyev "Dinamo"sunu məğlub edərək pley-offa yüksəlib
13 Avqust 2026
"Qarabağ" UEFA Konfrans Liqasında pley-off mərhələsinə yüksəlib.
Qurban Qurbanovun baş məşqçisi olduğu komanda III təsnifat mərhələsinin cavab oyununda Ukraynanın "Dinamo" (Kiyev) kollektivini qəbul edib.
Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma Azərbaycan təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 2:0.
12-ci dəqiqədə Jali Muaddib hesabı açıb. 69-cu dəqiqədə Aleksey Kaşuk fərqlənib.
Beləliklə, Polşadakı ilk matçda rəqibinə 0:1 hesabı ilə uduzan "Qarabağ" UEFA Konfrans Liqasında pley-offa yüksəlib.
"Köhlən atlar" bu raundda "Tvente" (Niderland) – DAK 1904 (Slovakiya) cütünün qalibi ilə üz-üzə gələcək.