Logo
news content
User
Kateqoriyalar

Xəbər

Türkiyə Ukraynanın Qara dənizdəki zərbələrindən sonra Rusiyadan neft alışını azaldır

Türkiyə Ukraynanın Rusiyanın Qara dənizdəki neft terminallarına PUA hücumlarından sonra Rusiya limanlarından neft alışını azaldıb və avqust ayında tədarükün daha da aşağı düşəcəyi gözlənilir.

Bu barədə “Reuters“ treyderlərə və LSEG-in gəmiçilik məlumatlarına istinadən məlumat yayıb.

Məlumata görə, Türkiyə iyul ayında Rusiya limanlarından təxminən 900 min ton neft idxal edib, bu göstərici iyunda 1,2 milyon ton olub.

Qara dəniz üzərindən tədarük isə iyulda təxminən 600 min tondan 300 min tona düşüb.

Türkiyənin avqust ayında Rusiyanın Qara dəniz limanlarından cəmi 200 min tonadək neft alacağı gözlənilir. Hazırda Türkiyəyə Urals və CPC Blend markalı neftin tədarükü planlaşdırılmayıb. Gözlənilən iki tanker isə Qazaxıstana məxsus KEBCO nefti daşıyacaq.