Trampın iqamətgahı üzərində uçan təyyarə ələ keçirilib
20 Sentyabr 2026
ABŞ-nin "F-16" qırıcısı Prezident Donald Trampın olduğu Kemp-Deviddəki (Merilend ştatı) şəhərkənarı iqamətgah üzərində uçuş məhdudiyyətlərini pozan kiçik mülki təyyarəni ələ keçirib.
Bu barədə Şimali Amerikanın Birləşmiş Aerokosmik Müdafiə Komandanlığı (NORAD) məlumat yayıb.
"NORAD-ın "F-16" qırıcıları 19 sentyabr 2026-cı il tarixində, səhər saat təxminən 07:50-də (Bakı vaxtı ilə 15:50-də) Merilend ştatının Termont şəhəri üzərində özəl aviasiya təyyarəsini ələ keçiriblər. NORAD qırıcıları əhalinin görə biləcəyi istilik tələləri tətbiq ediblər. Tələlərdən pilotun diqqətini cəlb etmək üçün istifadə olunub", - komandanlıqdan qeyd edilib.
İstilik tələlərinin buraxılması hadisəni sosial şəbəkələrdə müzakirə edən yerli sakinlərin diqqətini çəkib.
Tramp sentyabrın 18-də axşam saatlarında Kemp-Devidə gedib və həftəsonu orada qalmağı planlaşdırır.