Logo
news content
User
Kateqoriyalar

Xəbər

Tramp Türkiyəyə "F-35"lərin satılması məsələsində Netanyahunun tənqidindən narazıdır

İsrailin Baş naziri Benyamin Netanyahunun ABŞ-nin "F-35" qırıcılarının Türkiyəyə mümkün satışı ilə bağlı tənqidi ABŞ Prezidenti Donald Trampın narazılığına səbəb olub.

Bu barədə "Axios" məlumat yayıb.

Qeyd olunub ki, Netanyahu iyulun əvvəlində Trampın Ankaraya səfərindən qısa müddət əvvəl "F-35"lərin Türkiyəyə satılmasına dair planları tənqid edib.

"Axios"un həmsöhbətlərindən biri bildirib ki, ABŞ Prezidenti baş nazirin bəyanatlarından "qəzəblənib".

"Axios" yazıb ki, bu fonda Netanyahu artıq iki həftədən çoxdur ki, Trampla yeni görüş barədə razılığa gəlməyə çalışır, lakin bu görüş indiyədək təsdiqlənməyib.

İyulun əvvəlində Netanyahu bildirib ki, Türkiyəyə "F-35"lərin tədarükü Yaxın Şərqdə qüvvələr balansını pozacaq. Onun sözlərinə görə, o, şəxsən Prezident Trampı bu razılaşmadan imtina etməyə çağırıb. Netanyahu həmçinin bildirib ki, onun iddiasına görə, Türkiyə regionda sülh və sabitliyə kömək etmir, əksinə İsraili təhdid edir.