Logo
news content
User
Kateqoriyalar

Xəbər

Tramp Rusiyaya qarşı sanksiyalar haqqında qanunu imzalayacaq

ABŞ Prezidenti Donald Tramp Rusiyaya qarşı sanksiyaları nəzərdə tutan, mərhum senator Lindsi Qremin təşəbbüsü ilə hazırlanmış qanunu imzalayacaq.

Bu barədə "The Hill" nəşrinin müxbiri Culiya Mançester sosial şəbəkədə məlumat verib.

"Prezident Trampın bu gün Rusiyaya qarşı sanksiyalar haqqında qanun layihəsini imzalaması gözlənilir",- deyə jurnalist Ağ Evə istinadən yazıb.

ABŞ liderinin iş qrafikində onun şənbə günü Bakı vaxtı ilə saat 00:30-da sənədləri imzalayacağı qeyd olunub, lakin hansı sənədlərin imzalanacağı dəqiqləşdirilməyib.

Qanun layihəsi ABŞ prezidentinə Rusiya rəsmilərinə, banklarına və "kölgə donanmasına" qarşı birbaşa sanksiyalar tətbiq etmək imkanı verir. Bundan əlavə, ABŞ Rusiyanın enerji resurslarının əsas alıcılarına qarşı 100 faizlik gömrük rüsumları tətbiq edə biləcək.