Logo
news content
User
Kateqoriyalar

Xəbər

Çempionlar Liqası: “Sabah” evdə “Borussiya”ya məğlub olub

"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunun oyununda "Borussiya"ya (Dortmund, Almaniya) məğlub olub.

Bakı Olimpiya Stadionunda keçirilən matçda qonaqlar 2:1 hesablı qələbəyə seviniblər.

Bundesliqa təmsilçisinin heyətində Seru Qirassi (10, 53) dubl müəllifi olub. Azərbaycan çempionunun yeganə qolu isə Eyden Makkartinin (39) adına yazılıb.

Qeyd edək ki, Valdas Dambrauskasın rəhbərlik etdiyi kollektiv qitənin ən nüfuzlu klub turnirində növbəti görüşünü noyabrın 4-də səfərdə Norveçin "Vikinq" klubuna qarşı keçirəcək.