Tramp Rusiyanın Ukrayna ilə razılaşma əldə etməyə hazır olduğunu bildirib
15 İyul 2026
ABŞ Prezidenti Donald Tramp Ukraynadakı müharibənin prezidentlik müddəti bitməmiş başa çata biləcəyini bildirib.
Tramp bu barədə “Fox News” telekanalına müsahibəsində danışıb.
"Düşünürəm ki, bu münaqişə mənim prezidentlik müddətim başa çatana qədər bitə bilər. Hesab edirəm ki, o (Vladimir Putin) razılaşma əldə etməyə hazırdır. Və bu, yaxın zamanda baş verəcək", – ABŞ lideri bildirib.
Qeyd edək ki, Trampın prezidentlik müddəti 2029-cu ildə başa çatacaq.