Tramp: Rusiya neft emalı sənayesi üzərində nəzarəti itirib
22 Sentyabr 2026
ABŞ Prezidenti Donald Tramp Rusiyanın Ukrayna ilə münaqişə səbəbindən öz neft emalı sənayesi üzərində nəzarəti itirdiyini bəyan edib.
Bu barədə ABŞ lideri "Truth Social"da yazıb.
"Zərbələr nəticəsində onların çox sayda neft emalı zavodu dağıdılıb və müvəqqəti sıradan çıxarılıb", - Tramp qeyd edib.
O, həmçinin Rusiya və Ukrayna arasındakı müharibəni dayandırmağın zəruriliyini bildirib.
"Ukrayna ilə bu mənasız və sonsuz müharibəni dayandırmaq lazımdır. Bütün dünya əziyyət çəkir, çünki hər ay 25 000 insan, əsasən də hərbi qulluqçular həlak olur", - ABŞ Prezidenti qeyd edib.