Tramp İranla əməkdaşlıq edən ölkələrə 25 % rüsum tətbiq edib
13 Yanvar 2026
ABŞ Prezidenti Donald Tramp İranla əməkdaşlıq edən bütün ölkələrə 25 % rüsum tətbiq olunduğunu elan edib.
O, bununla bağlı "Truth Social"da paylaşım edib.
"İran İslam Respublikası ilə əməkdaşlıq edən istənilən ölkə ABŞ ilə istənilən növ sövdələşmələr üçün 25 % rüsum ödəyəcək", - paylaşımda bildirilir.
Tramp qərarın dərhal qüvvəyə mindiyini və yenidən baxılmayacağını vurğulayıb.