Logo
news content
User
Kateqoriyalar

Xəbər

Tramp Belarusla genişmiqyaslı razılaşmanın hazırlandığını bəyan edib

ABŞ Prezidenti Donald Tramp Belarusla genişmiqyaslı razılaşmanın hazırlandığını bəyan edib.

Bu barədə Tramp “Truth Social” hesabında yazıb.

Onun sözlərinə görə, ABŞ Belarusdan kalium gübrələrinin alınması üzrə genişmiqyaslı saziş üzərində işləyir.

“Qiymət hazırda Kanadaya ödədiyimizdən xeyli aşağı olacaq, bu, fermerlərimiz üçün çox yaxşı xəbərdir”, - Tramp qeyd edib.