Tramp: ABŞ tezliklə Hörmüz boğazını öz ərazisi elan edə bilər
15 Avqust 2026
ABŞ prezidenti Donald Tramp tezliklə Hörmüz boğazını ABŞ ərazisi elan etmək niyyətində olduğunu açıqlayıb.
O bu barədə Nyu-Yorkda çıxışı zamanı danışıb.
"Nəhayət, İranı məğlub etdiyimiz və onlar ciddi məğlubiyyətə uğradıqları zaman, mən Hörmüz boğazını ABŞ ərazisi elan edəcəyəm", - Tramp deyib.
Bunun çox tezliklə baş verəcəyini qeyd edən ABŞ prezidenti sözlərinə belə davam edib: “Biz blokadaya malikik. İstəmədiyimiz halda heç bir gəmi oradan keçə bilməz”.