Logo
news content
User
Kateqoriyalar

Xəbər

"Tomahawk"ların Ukraynaya verilməsi gündəmdə deyil

ABŞ Prezidenti Donald Tramp hazırda Ukraynaya qanadlı "Tomahawk" raketlərinin tədarükünü nəzərdən keçirmədiyini bildirib.

O, bu barədə Floridadan Vaşinqtona uçuş zamanı təyyarəsində jurnalistlərə bildirib.

Ondan administrasiyasının bu raketləri Kiyevə tədarük edib-etməməsi soruşulub. "Xeyr", - ABŞ Prezidenti cavab verib. Daha sonra müxbirlər ondan belə bir addım atmaq barədə düşünüb-düşünmədiyini soruşublar. "Xeyr, əslində yox", - Tramp deyib.

Amerika Prezidenti sonra əlavə edib ki, bu mövqe dəyişə bilər.

"Amma hazırda mən bunu etmirəm", - o sözlərini yekunlaşdırıb.