Terrorçuluqda təqsirləndirilən daha iki Ermənistan vətəndaşının məhkəməsi başlayır
17 Noyabr 2021
Terrorçuluqda təqsirləndirilən daha iki Ermənistan vətəndaşı - Sarqsyan İşxan Aşotinin və Rafaelyan Vladimir Otarinin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Təqsirləndirilən şəxslər barəsində toplanan cinayət işinin materialları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Elmin Rüstəmovun icraatına verilib.
Qeyd edək ki, hər iki Ermənistan vətəndaşı Cinayət Məcəlləsinin 214.2.3-cü (Terrorçuluq, odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə) maddəsi ilə ittiham edilir.