Logo
news content
User
Kateqoriyalar

Xəbər

Tahir İmanov qalmaqaldan danışdı: “Heç kim bizim haqqımıza girməsin, bu bizim işimizdir” - Video

Əməkdar artist Tahir İmanov “Məhəllə” filminin üçüncü hissəsində Əməkdar artist Rafael İsgəndərovun “Qüdrət” və Əməkdar artist Coşqun Rəhimovun “Tofiq” obrazlarının yer almamasından danışıb.

“Üzə düz” proqramında qonaq olan aktyor “Məhəllə”nin 2000 və 2001-ci illərdə üç sakininin olduğunu xatırladıb:

“Eliş, Roşka, Natiq. Cabir və Tahir İmanovlar, bir də Bəhram Bağırzadə. Sonradan uğurlu transferlər oldu (R.İsgəndərov və C.Rəhimovu nəzərdə tutur-red.). Hətta 2006-2012-ci illərdə “Məhəllə” transfersiz getdi. Kimsə bu məsələni danışmadı, şişirtmədi. Birdən-birə kiməsə reytinq lazım oldu, başladılar danışmağa ki, niyə filankəslər olmadı?!

Bu, bizim haqqımızdır. Öz ixtiyarımızdadır, kimi istəyərik “Məhəllə”də göstərərik və ya yox. İstəsək, orada iki nəfər yaşayacaq. Hamı mənzilini satıb, iki cəsarətli sakin qalacaq. “Məhəllə”dən çıxmır, deyir ki, kvadrat metrinə bir milyon ver, gedim. Məsələn deyirəm. “Məhəllə” bizim brendimizdir. Kimsə nə haqqımıza girsin, nə də bizə yol göstərsin”.

Qeyd edək ki, R.İsgəndərovun “Qüdrət” və C.Rəhimovun “Tofiq” obrazları “Məhəllə” filminin birinci və ikinci hissələrində yer alıb.