Logo
news content
User
Kateqoriyalar

Xəbər

Sırski: Rusiya Ukraynanın şimalında "bufer zona" yaratmaq niyyətindədir

Rusiya Ukraynanın şimalında "bufer zona" yaratmaq üçün silah istehsalını və hazırlığı artırıb.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Aleksandr Sırski “Facebook” səhifəsində yazıb.

Sırski bildirib ki, Rusiya böyük itkilərə baxmayaraq, silah istehsalını artırır, geniş cəbhə xətti boyunca yeni hücum əməliyyatlarına hazırlaşır, Ukraynanın müdafiəsində zəif nöqtələr axtarır və mövqelərarası boşluqlara sızmağa cəhd edir.