Logo
news content
User
Kateqoriyalar

Xəbər

Səudiyyə Ərəbistanı İrana qarşı zərbələr üçün öz ərazisinin istifadəsinə icazə verməyəcək

Səudiyyə Ərəbistanı hakimiyyət orqanları İran tərəfinə təminat verib ki, İslam Respublikasına qarşı mümkün zərbələr üçün öz hava məkanının və ərazisinin istifadəsinə icazə verməyəcək.

Bu barədə "Agence France-Presse" mənbələrə istinadən məlumat yayıb.

Agentliyin Səudiyyə Ərəbistanının ordusu və hökumətinə yaxın mənbələrə istinadən verdiyi məlumata görə, Ər-Riyad Tehrana birbaşa şəkildə bildirib ki, ona qarşı hər hansı hərbi əməliyyatda iştirak etməyəcək və bu məqsədlər üçün nə ərazisi, nə də hava məkanı istifadə olunacaq.