Logo
news content
User
Kateqoriyalar

Xəbər

Səudiyyə Ərəbistanı 2 km hündürlüyü olan göydələn tikmək istəyir

Səudiyyə Ərəbistanı Suveren Fondu (PIF) dünyada ən hündür binadan – BƏƏ-nin Dubay şəhərindəki 828 metrlik “Burj Khalifa”dan iki dəfədən çox hündür olan göydələn ucaltmaq niyyətindədir.

Bu barədə “Middle East Business Intelligence” dərgisi məlumat yayıb.

Bildirilib ki, PIF Ər-Riyadın şimalında sahəsi 18 kvadratkilometr, hündürlüyü 2 kilometr olan bina tikilməsi planını nəzərdən keçirir. Podratçılar layihənin dəyərini təxminən 5 milyard dollar məbləğində qiymətləndirir. Hazırda bir milyon dollar ödənişlə tender keçirilir. Müsabiqədə iştirak edən podratçılar arasında Amerikanın “Skidmore”, “Owings & Merrill”, “Adrian Smith & Gordon Gill Architecture”, “Kohn Pedersen Fox и Gensler”, “10Design”, fransız şirkətinə daxil olan “Egis” və Dubayın “Killa Design” şirkətləri iştirak edir.

Məlumata görə, 2022-ci ilin noyabrında krallığın şimal-qərbində uzunluğu 120 km və hündürlüyü 490 metr olan “Mirror Line” meqapolisinin tikintisinə başlanılıb.

Hazırda ölkədə ən hündür bina Məkkədə Abrac əl-Beit binalar kompleksinin bir hissəsi olan Kral Saat Qülləsidir. Onun hündürlüyü 601 metrdir.