Serdyukov Tokayevə qarşı?
12 Yanvar 2022
KTMT-nin kollektiv sülhməramlı qüvvələrinin Qazaxıstandan çıxarılması onlara verilən bütün tapşırıqlar yerinə yetirildikdən sonra baş tutacaq.
Rusiya mediası xəbər verir ki, bunu Rusiya Hərbi Hava Desant Qüvvələrinin və Qazaxıstandakı sülhməramlı kontingentinin komandanı, general-polkovnik Andrey Serdyukov yanvarın 11-də keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, sülhməramlı bölmələr Rusiya Aerokosmik Qüvvələrinin hərbi-nəqliyyat təyyarələri ilə daimi dislokasiya məntəqələrinə xüsusi texnika ilə çatdırılacaq.
Xatırladaq ki, bundan əvvəl Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev KTMT qüvvələrinn 2 gün sonra çıxarılmağa başlayacağını bildirmişdi. Onun sözlərinə görə, proses 10 gün ərzində başa çatacaq.