Logo
news content
User
Kateqoriyalar

Xəbər

Serbiya ordusu yüksək döyüş hazırlığına gətirildi

Serbiya Prezidenti Aleksandr Vuçiç Milli Təhlükəsizlik Şurasının fövqəladə iclası çağırıb.

Buna Kosovonun şimalında vəziyyətin gərginləşməsi səbəb olub. Belə ki, Serbiya ordusu yüksək döyüş hazırlığına gətirilib.

Həmçinin, Kosovonun şimalında barrikadalar quran serblərə isə yerli hakimiyyət tərəfindən axşam saatlarına qədər barrikadaları sökmək üçün ultimatum verilib.

Hərbi ekspertlərin fikrincə, münaqişə idarə oluna bilən şəkildə inkişaf edir. Lakin Serbiya xoşagəlməz seçim qarşısındadır - ya strateji şəraitdə müharibə, ya da Kosovo ilə bağlı növbəti güzəşt.