SEPAH İordaniyada ABŞ bazasının vurulduğunu bildirir
14 İyul 2026
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İordaniyada yerləşən ABŞ-a məxsus hərbi hava bazasının hədəfə alındığını açıqlayıb.
Bu barədə SEPAH-ın yaydığı bəyanatda deyilir.
Bəyanatda bildirilib ki, sözügedən hava bazası bu gün səhər saatlarında ballistik raketlərlə vurulub.
SEPAH obyektin İrana qarşı hücum üçün istifadə edildiyini iddia edib.
SEPAH, həmçinin, Bəhreyndə yerləşən Cüfeyr hərbi bazasındakı bir neçə silah-sursat təchizat anbarının, peyk rabitə mərkəzinin və ABŞ hərbçilərinin yaşayış binasının raket və pilotsuz uçuş aparatları ilə vurulduğunu açıqlayıb.