SEPAH: Hörmüz boğazında müharibə davam edir
23 Sentyabr 2026
Hörmüz boğazında müharibə davam edir.
“Tasnim” xəbər verir ki, bu barədə İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb.
"Müharibə hələ də davam edir, qüvvələr hər gün və hər gecə Hörmüz boğazında, Oman dənizində, Fars körfəzində və müxtəlif bölgələrdə döyüşürlər, hər iki tərəf itki verir", - SEPAH-dan bildirilib.
Qeyd olunub ki, Hörmüz boğazı açıq deyil: "Amerika yalan danışır; əgər iddia etdiyi kimi qabiliyyətə malikdirsə, niyə indiyə qədər Hörmüz boğazını aça bilməyib?
Döyüş meydanında heç bir çatışmazlığımız yoxdur. Düşmənin çatışmazlığı var, onun önləyici raketləri tükənib və əvvəllər olduğu kimi öz əməliyyatlarını həyata keçirə bilmir".