Logo
news content
User
Kateqoriyalar

Xəbər

Şahzadədən 1 trilyon dollarlıq layihə: Səhraya üfüqi göydələn

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Salman Misir Piramidalarından daha böyük bir memarlıq layihəsi planlaşdırır. 

Məlumata görə, o, daha əvvəl “Neom” adlı meqaşəhər quracağını bəyan etmişdi. "Wall Street Journal"ın xəbərinə görə, bu şəhərin bir hissəsi olaraq 'Mirror Line' adlı bir mənzil layihəsi hazırlanır. 120 kilometr uzunluğunda bir-birinə baxan iki meqa strukturdan ibarət olan bu layihə 1 trilyon dollara başa gələcək.

487 metr hündürlüyü ilə ABŞ-ın 381 metrlik Empire State Building-i keçəcək. Göydələnlərin üfüqi arxitekturası olaraq hazırlanan əkiz 'mega-sidelines'ın 5 milyon adama ev sahibliyi etməsi gözlənilir. Bu tikililər elə hazırlanacaq ki, yer altından sürətli qatar texnologiyası ilə ən uzun məsafə 20 dəqiqəyə qət olunsun.

Selman tamamilə ekoloji cəhətdən təmiz olacağını ifadə etdiyi layihənin 2030-cu ilə qədər hazır olacağını iddia edir. Bununla belə, mühəndislər bunun yalnız 50 ildən sonra hazır ola biləcəyini iddia edirlər.

Üfüqi əkinçilik isə binaların qida ehtiyaclarını ödəmək məqsədi daşıyır.