Rusiyanın Ukrayna vilayətlərinə hücum edib - Ölənlər və onlarla yaralanan var
14 İyul 2026
Rusiya hərbçiləri ötən sutka ərzində Ukraynanın Xerson, Dnepropetrovsk və Xarkov vilayətlərinə zərbələr endirib, ölənlər və onlarla yaralanan var.
Bu barədə Xerson Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Prokudin bildirib.
Təkcə Xerson vilayətində 3 nəfər ölüb, daha 25 nəfər xəsarət alıb.
Onun sözlərinə görə, zərbələr kritik və sosial infrastruktura, eləcə də yaşayış məhəllələrinə endirilib.
Dnepropetrovsk Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Qanja sosial şəbəkələrdə bildirib ki, Rusiya ordusu gecə ərzində regiona dronlarla zərbələr endirib, nəticədə 2 nəfər ölüb və 4 nəfər xəsarət alıb, mülki infrastruktur zərər görüb.
Xarkov vilayəti Vilayət Hərbi Administrasiyasının rəisi Oleq Sinequbov isə öz növbəsində vurğulayıb ki, regionun 12 yaşayış məntəqəsinə zərbələr endirilib, nəticədə 11 nəfər xəsarət alıb.
09:26
Rusiya Silahlı Qüvvələri çərşənbə axşamı səhərə qədər Ukraynanın Zaporojye vilayətinin 54 yaşayış məntəqəsinə 1 000-dən çox zərbə endirib və nəticədə 16 nəfər yaralanıb.
Bu barədə Vilayət Hərbi Administrasiyasının rəhbəri İvan Fedorov teleqram kanalında məlumat verib.
"Ümumilikdə son sutka ərzində işğal qüvvələri Zaporojye vilayətinin 54 yaşayış məntəqəsinə 1 011 zərbə endirib. Düşmənin Zaporojye və Zaporojye rayonuna hücumları nəticəsində aralarında bir uşağın da olduğu 16 nəfər yaralanıb", - o bildirib.
İ.Fedorov dəqiqləşdirib ki, gecə ərzində Rusiya ordusu vilayətə 17 aviasiya zərbəsi endirib.
Bundan əlavə, müxtəlif modifikasiyalı 691 pilotsuz uçuş aparatının uçuşu qeydə alınıb.