Rusiyanın Ryazan Neft Emalı Zavoduna yenə dron hücumu olub
16 Oktyabr 2026
Rusiyanın Ryazan Neft Emalı Zavoduna yenə dron hücumu olub.
Bu barədə yerli Telegram kanalları məlumat yayıb.
Bildirilib ki, Ryazan Neft Emalı Zavoduna 16 oktyabr gecəsi Ukrayna qüvvələri tərəfindən yenidən hücum edilib.
Zavoddakı yanğının gecə boyu davam etdiyi və hələ də söndürülmədiyi qeyd olunub.
Xatırladaq ki, Ryazandakı NEZ bundan əvvəl də Ukrayna PUA-larının hücumuna məruz qalıb. Nəticədə zavodun fəaliyyəti dayanıb.