Logo
news content
User
Kateqoriyalar

Xəbər

Əraqçi: İran regionda ABŞ-ın mövcudluğundan narahatdır, lakin Ermənistana etibar edir

İran regionda ABŞ-ın mövcudluğu ilə bağlı narahatlıq keçirsə də, Ermənistana etibar edir.

"News-Armenia" xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi İrəvanda bildirib.

“Regionda və ətrafımızda ABŞ-ın istənilən mövcudluğu ilə bağlı narahatlığımız var. Bununla belə, erməni dostlarımızla sıx əlaqələr saxlayır və onlara etibar edirik”, – iranlı nazir deyib.

Əraqçinin sözlərinə görə, Tehran Ermənistanın İranın təhlükəsizliyinə qarşı hər hansı addım atmadığına əmindir.

O, Ermənistan rəsmiləri ilə məsləhətləşmələrin davam etdiyini bildirib.