Logo
news content
User
Kateqoriyalar

Xəbər

Metsamor AES-in baş direktoru: Azərbaycanla enerji əməkdaşlığını inkişaf etdirməyi planlaşdırırıq

Ermənistan perspektivdə Azərbaycanla enerji sahəsində əməkdaşlığı inkişaf etdirməyi nəzərdə tutur.

Bu barədə Metsamor Atom Elektrik Stansiyasının (AES) baş direktoru Eduard Martirosyan Moskvada keçirilən 9-cu "Rusiya Enerji Həftəsi" forumunda çıxış edərkən bildirib.

"Ermənistan qonşu ölkələr - İran və Gürcüstanla, perspektivdə isə Azərbaycanla enerji sahəsində əməkdaşlığı inkişaf etdirmək niyyətindədir", - Ermənistan mediası onun sözlərini sitat gətirir.

Direktor qeyd edib ki, atom energetikası Ermənistan üçün strateji əhəmiyyət kəsb edir və ölkə Metsamor AES-in istismar müddətinin uzadılması üçün səylərini davam etdirmək niyyətindədir.

"Biz stansiyanın istismar müddətini uzatdıq və düşünürəm ki, bu iş yaxın bir neçə ildə də davam edəcək", - Martirosyan deyib