Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiyanın əsas neft ixrac terminalında PUA hücumundan sonra yükləmələr dayandırılıb

Rusiyanın Novorossiysk limanında yerləşən Şeşxaris terminalından xam neft ixracı cümə günü PUA hücumundan sonra dayandırılıb.

Bu barədə “Reuters“ üç mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, Şeşxaris terminalında neft yükləmələrinin dayandırılması Rusiyanın əsas ixrac məntəqələrindən birində enerji təchizatına yaranan problemləri daha da artırıb.

Mənbələrdən biri bildirib ki, limanda neft yükləməsi planlaşdırılan tanker PUA hücumu cəhdindən sonra açıq dənizə çıxıb.

Gündə təxminən 700 min barel xam neft emal və yükləmə imkanına malik Şeşxaris Rusiyanın Qara dənizdəki əsas neft ixrac terminalı hesab olunur.