Rusiya Qara dənizdə atəşkəs təklifini rədd edib
14 Avqust 2026
Rusiya Qara dənizdə atəşkəslə bağlı çağırışı rədd edib.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova bəyanat verib.
O, “Ukraynanı Qara dənizdə terrorçuluq hərəkətləri törətməkdə” ittiham edib.
Zaxarovanın sözlərinə görə, rəsmi Moskva bu hücumları Qara dəniz regionunda mülki naviqasiyanın məqsədyönlü pozulması siyasəti hesab edir.
XİN rəsmisi diqqətə çatdırıb ki, bu, münaqişənin uzanması, eskalasiya məqsədi güdür.
Eyni zamanda, o, regional ölkələrin Ukraynanın hücumlarına göz yumduğunu iddia edib.
Zaxarova rəsmi Moskvanın mövcud vəziyyətlə bağlı heç bir irəliləyiş görmədiyini və buna görə də Ukraynaya müvəqqəti nəfəslik verən yarımtədbirlər üçün heç bir əsas olmadığını vurğulayıb.
Rusiya XİN sözçüsü Türkiyə xarici işlər naziri Hakan Fidanın müsahibəsində Ankaranın Qara dənizdə atəşkəsə nail olunması üçün həm Rusiya, həm də Ukraynaya təklif irəli sürdüyü ilə bağlı açıqlamasını da təkzib edib, Moskvanın belə bir təklif almadığını qeyd edib.
Onun fikrincə, 2022-2023-cü illərdə əldə edilən Qara Dəniz Taxıl Təşəbbüsünə bir daha qayıtmaq mümkün deyil.
Qeyd edək ki, Türkiyənin vasitəçiliyi ilə əldə olunan Qara Dəniz Taxıl Təşəbbüsü Rusiya və Ukraynaya taxıl ixracatını davam etdirmək imkanı verirdi. Lakin Rusiya Ukrayna ilə Qərbin öhdələrinə düşəni yerinə yetirmədiyini əsas gətirərək, razılaşmanın icrasını dayandırıb.