Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiya oktyabrın 27-dən Xerson istiqamətində atəşkəs elan edib

Rusiya Silahlı Qüvvələri Xerson vilayətinin Oleşki şəhəri ərazisində humanitar əməliyyatın keçirilməsi ilə əlaqədar oktyabrın 27-də Moskva vaxtı ilə saat 04:00-dan (Bakı vaxtı ilə 05:00 – red.) Xerson istiqamətində atəşi dayandıracaq.

Rusiya Müdafiə Nazirliyi xəbər verir ki, bu barədə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov bildirib.

Onun sözlərinə görə, insanların təhlükəsizliyinin təmin edilməsi və sosial əhəmiyyətli yüklərin çatdırılması üçün mühəndis kəşfiyyatı və humanitar karvanın Oleşkiyə təhlükəsiz hərəkətinin təmin edilməsi üzrə tədbirlər həyata keçiriləcək.

"Humanitar əməliyyatın keçirilməsi ilə əlaqədar Rusiya Federasiyasının Silahlı Qüvvələri tərəfindən Xerson istiqamətində atəş dayandırılır və 27 oktyabr 2026-cı il tarixində Moskva vaxtı ilə səhər saat 04:00-dan etibarən "sükut rejimi" tətbiq edilir", - məlumatda qeyd olunub.

17:39

Rusiya və Ukrayna humanitar yardımın çatdırılması və mülki əhalinin xüsusi olaraq müəyyən edilmiş təhlükəsiz dəhliz yolu vasitəsilə təxliyəsi üçün Ukraynanın Xerson vilayətinin Oleşki şəhərində hərbi əməliyyatların müvəqqəti dayandırılması barədə razılığa gəlib.

Ağ Evin mətbuat xidməti xəbər verir ki, bu barədə ABŞ-nin birinci xanımı Melaniya Tramp bildirib.

Lokal atəşkəs 2026-cı il oktyabrın 29-u başlamalıdır.

Onun sözlərinə görə, tərəflər onun vasitəçiliyi və birbaşa Rusiya və Ukrayna rəhbərliyi ilə əlaqədə olan nümayəndəsinin iştirakı ilə yerli atəşkəs şərtlərini razılaşdırıblar.

"Oleşkidəki vəziyyət dəhşətlidir. Oleşki fəlakət astanasında olan cəbhəyanı şəhərdir. Qalan əhali əsasən yaşlı insanlardan ibarətdir və onlar təcili tibbi yardıma, dərmanlara, ərzağa və təmiz suya ehtiyac duyurlar", - Melaniya Tramp bəyan edib.

O qeyd edib ki, şəhər sakinləri elektrik təchizatında fasilələrlə üzləşir, minalanmış yollarda hərəkət edir və mütəmadi olaraq hərbi hücumlara məruz qalırlar.

ABŞ-nin birinci xanımının sözlərinə görə, Rusiya və Ukrayna nümayəndələri zəruri yardım səviyyəsini müəyyən etmək üçün Oleşki sakinlərini evlərində ziyarət edəcəklər. Şəhəri tərk etmək istəyən sakinlərə seçdikləri istiqamətə - Rusiyaya və ya Ukraynaya nəqliyyat vasitəsi təmin ediləcək.