Rusiya Ermənistana yeni səfir axtarır
22 Sentyabr 2026
Rusiya Ermənistandakı səfiri Sergey Kopırkinin dəyişdirilməsi imkanını nəzərdən keçirir və bu posta namizəd axtarır.
Ermənistanın "Hraparak" qəzeti xəbər verir ki, diplomat 2027-ci ilin yanvarına qədər Ermənistanı tərk edə bilər.
Nəşrin mənbələrinin məlumatına görə, Rusiyada 2018-ci ilin aprelindən səfir vəzifəsində çalışan Kopırkinin fəaliyyətindən narazıdırlar. Xüsusilə o, həm Ermənistan hökuməti, həm də ölkənin Rusiyayönlü dairələri ilə qarşılıqlı əlaqələrin lazımi səviyyədə olmamasında günahlandırılır.
Qəzet, həmçinin Kopırkinin əvəzlənməsini Ermənistanın bu ölkədəki diplomatik missiyası rəhbərinin dəyişdirilməsinin planlaşdırılması ilə əlaqələndirir.