Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiya əleyhinə yeni sanksiyalar - Siyahıda Putinin də adı var

ABŞ Konqresinə Rusiyaya qarşı sanksiyaları nəzərdə tutan qanun layihəsi təqdim olunub.

ABŞ senatorlarının təklif etdiyi sanksiyalar paketi Ukraynada vəziyyətin gərginləşəcəyi təqdirdə tətbiq oluna bilər.

Qanun layihəsində sanksiyalar Rusiya Prezidenti Vladimir Putinə, o cümlədən baş nazirə, xarici işlər və müdafiə nazirinə, baş qərargah rəisinə və ən azı üç Rusiya maliyyə təşkilatına, o cümlədən "Sberbank", VTB, "Qazprombank" kimi qurumlara şamil oluna bilər.