Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rubio: TRIPP-in Cənubi Qafqaz üçün yeni imkanlar açacağına ümid edirik

ABŞ TRIPP layihəsinin daha da irəlilədilməsinə və Cənubi Qafqaz üçün yeni imkanlar açacağına ümid edir.

ABŞ Dövlət Departamenti xəbər verir ki, bu barədə dövlət katibi Marko Rubionun Ermənistanın milli bayramı münasibətilə ünvanladığı təbrikdə bildirilib.

"Son bir ildə birlikdə əldə etdiyimiz tarixi tərəqqi ümumi məqsəd – sülh və rifah naminə çalışaraq nələrə nail olmağın mümkünlüyünü nümayiş etdirir. Biz Tramp Marşrutunun (TRIPP) daha da irəlilədilməsinə, iqtisadi qarşılıqlı əlaqələrin möhkəmləndirilməsinə, ABŞ investisiyalarının təşviqinə, həmçinin Ermənistan və bütün region üçün yeni imkanların açılmasına ümid edirik", – o vurğulayıb.

M.Rubio həmçinin qeyd edib ki, ABŞ yaxın illərdə Ermənistanla tərəfdaşlığın daha da dərinləşəcəyinə ümid edir.