Qubada 5 bal gücündə zəlzələ olub
15 Avqust 2026
Quba rayonunda 4.9 bal gücündə zəlzələ qeydə alınıb.
Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Yerli vaxtla 20:56-da baş verən zəlzələ yerin 13 km dərinliyində olub.
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, Quba rayonunda zəlzələ qeydə alınıb.Zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 4-3 bala qədər hiss olunub.
***
21:10
Quba və Xaçmaz rayonlarında yeraltı təkanlar hiss olunub.
İlkin məlumata əsasən, zəlzələ saat 20:56-da Şabran şəhərindən təxminən 10 kilometr məsafədə baş verib.
Zəlzələnin maqnitudası 4,9 bal təşkil edib.
Yeraltı təkanlar Quba və Xaçmaz rayonlarında da hiss olunub.
Zəlzələnin fəsadları barədə hələlik məlumat yoxdur.